Yuxarı

Prokuror Lapşinə cəza istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokuror Lapşinə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Nəsir Bayramov çıxış edib.

Prokuror A. Lapşinin cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 6 il 6 ay müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı deyib ki, A. Lapşin cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Azərbaycanın hüdudlarından məcburi şəkildə kənarlaşdırılmalıdır.

A. Lapşinin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses iyulun 19-da davam etdiriləcək.

Qeyd edək ki, iyulun 12-də keçirilən prosesdə Aleksandr Lapşinin məhkəmə istintaqı başa çatdığı elan olunub.

Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.

Tarix
2017.07.14 / 15:29
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın Azərbaycan vasitəsilə İrana yardımı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla