Yuxarı

Lələtəpə döyüşçüsü birinci vitse-prezidentə təşəkkür etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lələtəpə döyüşçüsü birinci vitse-prezidentə təşəkkür etdi

1 yaşlı Əli Hacıyevin müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə Mərkəzi Neftçilər xəstəxanasında uğurla həyata keçirilir

Qaynarinfo.az xəbər verir ki, Lələtəpə döyüşünün iştirakçısı, məcburi köçkün, Xocavənd rayon sakini Pərviz Əliyev birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna, həmçinin kütləvi informasiya vasitələrinə təşəkkür edib. Pərviz Hacıyevin təşəkkür məktubunda deyilir:

"Çox hörmətli Birinci vitse-prezident və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva! Sizin sayənizdə 1 yaşlı oğlum Əli Hacıyev yenidən həyata gözünü açaraq yaşamaq şansı əldə etdi. Sizə etdiyim müraciətdən sonra Heydər Əliyev Fondu məsələyə dərhal müdaxilə etdi və oğlum Əli Hacıyev Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirildi. Xəstəxanada bizə yüksək səviyyədə xidmət göstərildi.

Artıq oğlum Əlinin birinci cərrahiyyə əməliyyatı uğurla başa çatdırılıb və 4 aydan sonra ikinci qulaq cərrahiyyə əməliyyatı keçiriləcək. Heydər Əliyev Fondunun tam dəstəyi ilə yenidən həyata qayıdan oğlumun müalicəsində göstərdiyiniz köməyə görə sizə ailəm adından təşəkkürlərimizi bildiririk. Bir daha əmin olduq ki, cənab Prezidentimiz İlham Əliyev və siz daima ölkə vətəndaşlarının rifahı, yaxşı yaşamaları üçün çalışırsınız.

Oğlum Əli Hacıyevin müalicəsində əməyi keçən hər kəsə, o cümlədən Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyovaya, həkimlər Elşən Ağabalayevə, Aybəniz İsgəndərovaya və kütləvi informasiya vasitələrinə təşəkkür edirəm".

Tarix
2017.07.14 / 19:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla