Yuxarı

22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 yaşlı Xanım Quliyeva 3 yaşlı oğlu ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Axar.az Xəzər xəbər-ə istinadən bildirir ki, valideynləri bir həftədən çoxdur ki, qızlarından və nəvələrindən xəbər ala bilmirlər. Anasının sözlərinə görə, qızının ailəsi ilə bağlı problemləri olub. Hətta həyat yoldaşı qaçmamışdan bir necə gün öncə onu atası evinə gətirib və boşanacaqlarını bildirib.

Səlimə Babazadənin sözlərinə görə, qızının evləndiyi gündən güzaranı olmayıb, daim söz-söhbətlər, zorakılıq, qızının belə addım atmasına gətirib çıxarıb.

Hətta qız evdən çıxarkən pul və artıq paltar da götürməyib. Uşağını baxçaya aparıb, ordan da çıxıb gedib.

Qadının sözlərinə görə, qızı heç vaxt tək başına heç yerə getməyib və yaxın rəfiqəsi belə yoxdur. İndi isə birdən-birə belə yoxa çıxması onları qorxuya salıb.

İndi gözü yaşlı atası və anası qızlarının və nəvələrinin yolunu gözləyirlər. Valideynlərinin sözlərinə görə, qızları evə dönsün, ona hec bir təzyiq göstərməyəcəklər və bütün istəklərini yerinə yetirəcəklər.

Qeyd edək ki, Xanım Quliyeva və 3 yaşlı oğlunun axtarışları Xəzər rayon polis idarəsində davam edir.

Tarix
2017.07.20 / 23:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla