Yuxarı

Keçmiş mer Bakıdan qayıdarkən qəzaya düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflisin keçmiş meri Vano Zodelava Gürcüstan paytaxtının kənarında baş verən avtomobil qəzasından sonra ağır vəziyyətdədir.

Virtualaz.org-un verdiyi məlumata görə, Vano Zodelava Azərbaycandan qayıdarkən qəzaya düşüb.

O, 22 iyul gecəsi Kvemo Poniçala ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olub. Yolda "Mersedes", "Honda" və "Opel" markalı avtomobillər toqquşub. "Opel"in sürücüsü hadisə yerində ölüb.

Azərbaycandan Gürcüstana qayıdan 60 yaşlı sabiq mer qəza zamanı ciddi xəsarətlər alıb. O, Tiflisdə “Nyu Hospitals” klinikasına çatdırılıb və orada onun üzərində kəllə trepanasiyası əməliyyatı aparılıb. Hazırda Zodelava xəstəxananın reanimasiya şöbəsindədir.

Qeyd edək ki, Vano Zodelava 1998-dən 2004-cü ilə qədər Tiflisin meri vəzifəsində işləyib.

Tarix
2017.07.23 / 22:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla