Yuxarı

Deputat: Ərəb turistlər qadınlarımıza söz atırsa...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Adil Əliyev son günlər cəmiyyətdə ərəb turistlərlə bağlı səsləndirilən narazılıqlara Feysbuk səhifəsində münasibət bildirib.

Axar.az həmin statusu təqdim edir:

“Dostlar neçə müddətdir, məni narahat edən bir məsələni sizlərlə bölüşmək istəyirəm. Son günlər Azərbaycana gəlmiş ərəb turistlərlə bağlı sosial şəbəkələrdə geniş müzakirə aparılır. Xüsusilə də onların Bakının "Nizami" küçəsində - "Torqovı" adlanan məkanında guya özlərini apara bilməmələri, kimlərəsə söz atmaları və s. ciddi polemikaya səbəb olub. Əlbəttə ki, hər bir şəxsin, o cümlədən, xarici vətəndaşların, turistlərin olduqları ölkənin qayda-qanunlarına, milli-mənəvi, əxlaqi dəyərlərinə hörmətlə yanaşması olduqca vacibdir. Amma burada bir məqamı diqqətə çatdırmaq istəyirəm. Ərəblər dünyanın, demək olar ki, bütün ölkələrində, həmçinin inkişaf etmiş Avropa ölkələrində mövcuddurlar. Onlar turist kimi səfər etdikləri ölkələrin qayda-qanunlarına, milli-mənəvi, əxlaqi dəyərlərinə hörmətlə yanaşmaqla bərabər, orada böyük vəsait xərcləyirlər, dövlət büdcəsinə, iqtisadiyyata müəyyən qatqıları olur. Necə olur ki, inkişaf etmiş ölkələrdə ərəb turistlərdən narazılıq edilmir, "qadınlarımıza söz atdılar, sataşdılar" kimi giley-güzarlar eşidilmir, amma Azərbaycanda müəyyən şəxslər ərəblərə qarşı fəal kampaniya aparırlar? Onlar qarşılarına çıxan hər qadına söz atırlarmı? Kimsə ərəblərdən polisə şikayət edibmi? Əgər bu suallara cavab yoxdursa, deməli, problemi ərəblərdə deyil, özümüzdə axtarmaq lazımdır”.

Tarix
2017.08.12 / 22:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla