Yuxarı

Məşhur avtoritet Lənkəranskinin yasında - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal dünyasının tanınmış nümayəndələri bir il əvvəl öldürülmüş Rövşən Lənkəranskinin qəbrinə gül çələngi qoyublar.

Cinayət aləminin "Ümumavropa kassasının" nəzarətçisi, Şeyx Həmzət adı ilə məşhur olan çeçen əsilli kriminal avtoritet Həmzət Qastəmirov Azərbaycana gəlib.

Onun gəlişində məqsəd 2016-cı il avqustun 17-dən 18-nə keçən gecə İstanbulda qətlə yetirilən azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin (Canıyev) qəbrini ziyarət etmək və il mərasimində iştirak etmək olub.

Sputnik-in məlumatına görə, Qastəmirov "qardaşı" Rövşən Lənkəranskinin xatirəsini yad edəndən və qəbrinə gül çələngi qoyandan sonra onun ailə üzvlərinə başsağlığı verib. Qastəmirovu Rövşən Lənkəranskinin məzarını ziyarətə gələn lənkəranlılar izdihamla qarşılayıblar. Şeyx Həmzət onlara Rövşən Lənkəranskinin onun üçün çox dəyərli olduğunu bildirib, bu itkinin yerinin doldurulmayacağını qeyd edib. Yeri gəlmişkən, Qastəmirov çıxışını Azərbaycan dilində edib. Sonra Şeyx Həmzət Rövşən Canıyevin (Lənkəranski) ruhuna dua oxuyub və Lənkəranskinin atası Rafiq Canıyev və digər rəhmətə gedən doğmalarının məzarlarını ziyarət edib, ruhlarına Fatihə oxuyub. Daha sonra o Bakıya qayıdıb.

Qeyd edək ki, Almaniyada yaşayan kriminal avtoritet Qastəmirov bir həftədir Bakıdadır.

Bununla yanaşı, Azərbaycanın hüquq-mühafizə orqanlarındakı mənbə Sputnik bildirib ki, Lənkəranskinin xatirəsini yad etmək üçün kriminal dünyasının hal-hazırda qanunla hər hansı problemi olmayan azsaylı nümayəndələri gəlib.

"Qonaqlar sakitcə mərhumun qəbrini ziyarət ediblər, gül çələngi qoyublar və səssizcə oradan uzaqlaşıblar" — deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Tarix
2017.08.18 / 22:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla