Yuxarı

95 min dolları xaricə aparmaq istəyən şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.

DGK-dan Axar.az-a verilən məlumata görə, Bakı-Tehran aviareysi ilə getmək istəyən İran vətəndaşı gömrük nəzarətindən "yaşıl dəhliz" buraxılış sistemindən istifadə etməklə keçsə də, lakin əl yükündə olan və əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük orqanına təqdim etməyib.

Vətəndaşın hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb və təkrar yoxlamaya dəvət olunub. Yoxlama zamanı, vətəndaşın çamadanının icərisində, əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 950 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 95 000 dollar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2017.10.13 / 09:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla