Yuxarı

Goranboyda dələduz dəstə ələ keçrildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Goranboyda dələduz dəstə ələ keçrildi

Özlərini yüksək rütbəli vəzifəli şəxslərin yaxın qohumu kimi təqdim edib sadə vətəndaşların 20 min manat pulunu dələduzluq yolu ilə ələ keçirən şəxslər Goranboy Rayon Polis Şöbəsinin əməliyyatçıları tərəfindən saxlanılıb.

Nərimanov Elmir Təyyar oğlu və tanışı Sadıqov Nemət Kərim oğlu 2012-ci ildə Zaqatala rayonu Muğanlı kənd sakini Məmmədov Ramin Məhəmməd oğluna güzəştli kredit düzəltdirəcəklərini vəd verib Bakı şəhərində onun 5000 manat pulunu ələ keçiriblər.

Bundan başqa 2013-cü ildə Goranboy rayon Azad kənd sakini Məmmədov Anar İbrahim oğlunun Qaradağ Hərbi Prokurorluğunda barəsində aparılan cinayət işinin icraatına xitam verdirəcəklərini deyərək onun atası İbrahim Məmmədovdan əvvəlcə 10 min manat, bir neçə gündən sonra isə daha 5 min manat pul alıblar.

Vətəndaşların şikayəti əsasında saxlanılan Nərimanov Elmir Təyyar oğlunun Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən axtarışda olduğu müəyyən edilib. Hal-hazırda onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 , 178.2.4, 178.3.2- ci maddələri ilə cinayət işi başlanıb.

APA

Tarix
2014.06.20 / 21:22
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi

Ceyhun Bayramov İstanbula getdi

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla