Yuxarı

Unikal ərazidə yeni yol: Dəmirçi-Lahıc... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb.

Axar.az "Azəravtoyol"un mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq inşa olunacaq. Yolun hərəkət hissəsinin eni 6 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edəcək.

Hazırda yol boyu torpaq işləri, həmçinin layihə-axtarış və geoloji işlər də aparılır.

Yol çətin relyefə malik olan dağlıq ərazidən keçdiyi üçün burda müxtəlif təyinatlı mühəndisi qurğuların inşası nəzərdə tutulub. Bu suların ötürülməsi üçün küvetlər və dəmir-beton borular, monolit dəmir-beton istinad divarları və dəmir-beton təhlükəsizlik çəpərləridir.

Layihə üzrə Pirsaatçayın sağ qolu olan Künəçay üzərində 1 avtomobil körpüsünün, həmçinin sunizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarlarının tikintisi də nəzərdə tutulub.

Bundan başqa tikinti işləri çərçivəsində yol boyu avtobus dayanacaqları, məlumatverici lövhələr və yol nişanları da quraşdırılacaq.

Sözügedən avtomobil yolunun tikintisi İsmayıllı rayonunun Lahıc kəndi ilə Şamaxı rayonunun Dəmirçi kəndini birləşdirməklə yol boyu yaşayan vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq. Bundan başqa yolun tikintisi turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin etmiş olacaq ki, bu da öz növbəsində turizmin inkişafına, həmçinin yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq. Təbii ki, bütün bunlar yol boyu yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasına gətirib çıxaracaq.

Dəmirçi-Lahıc avtomobil yolunun tikilərək 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Tarix
2017.11.01 / 01:09
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla