Yuxarı

Mühüm dəyişiklik gəlir: nazirliklərin ləğvi və ya...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda hökumətin tərkibində aparılan kadr islahataları bundan sonra da davam edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Gürcüstanda 4 nazirliyin ləğvi və digər nazirliklərə birləşməsinin post-sovet məkanına təsiri barədə analitiklərin açıqlamasını şərh edərkən deyib. Millət vəkili bu islahatların Azərbaycanda daha öncə başladığını və mərhələli şəkildə davam etdiyini vurğulayıb:

“Qonşumuz Gürcüstanla yanaşı, bizdə də islahatlar gedir. Fikir verdinizsə, Azərbaycanın dövlət başçısı əvvəlcə Prezident Administrasiyasında ciddi islahatlar apardı. Nəticədə müşavirlik institutu ləğv olundu və onun yerində köməkçi institutu bərpa edildi. Daha sonra Prezident İlham Əliyev Nazirlər Kabinetinin strukturunu yenidən təsdiq etdi və müəyyən şöbələr birləşdirildi, bir qismi isə ləğv edildi. Bundan öncə isə Nəqliyyat Nazirliyi və MTN ləğv edilmişdi. Həmçinin vitse-prezidentlik institutu fonunda hesab edirəm ki, Azərbaycanda hökumətin tərkibində aparılan kadr islahataları davamlı olacaq. Qarşıda bizi mühüm dəyişikliklər gözləyir. Ümumiyyətlə, indiki zamanda iqtisadi və siyasi islahatların davamlı olmasına ehtiyac var, daha çevik qərarlar qəbul edən hökumət formalaşmalıdır və hazırda bu proses normal səviyyədə həyata keçirilir”.

Millət vəkili növbəti dəyişikliyin vaxtı ilə bağlı da danışıb:

“Bu islahatlar birbaşa prezidentin səlahiyyətindədir və vaxtı yetişdikcə aparılır. Növbəti mühüm dəyişikliklərin vaxtını da prezident özü müəyyən edəcək”.

Tarix
2017.11.13 / 13:13
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla