Yuxarı

Məmur oğlu “Gelandevagen”lə qəza törətdi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Prokurorluğu Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

Bakı şəhər Prokurorluğundan Axar.az-a verilən məlumata görə, məlum yol-nəqliyyat hadisəsinin “Mersedes Galendevagen” markalı avtomobillə törədilməsi barədə yayılan məlumatlar yalandır.

“Noyabrın 13-də Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində, Aeroport yolunda Bakı şəhər sakini, 2-ci qrup əlil, 1959-cu il təvəllüdlü Vəliyev Abbas Əli oğlu idarə etdiyi “Toyoto Prado” markalı, 90 XX 747 dövlət nömrə nişanlı avtomobillə yolun hərəkət hissəsində piyada, 1971-ci il təvəllüdlü Quliyev Natiq Məmməd oğlunu vurub. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin olunub, hazırda zəruri istintaq tədbirləri davam etdirilir” - deyə məlumatda qeyd olunurdu.

Xatırladaq ki, bəzi KİV-də məlum qəzanın məmur oğlu tərəfindən “Mersedes Gelandevagen” markalı avtomobillə törədilməsi barədə məlumat yayılmışdı.

Tarix
2017.11.14 / 10:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla