Yuxarı

"Nar" Xırdalanda yeni mağazasını açdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nar” Xırdalan şəhərində yeni mağazasını təqdim edib.

Şirkətdən Axar.az-a verilən məlumata görə, şəhərin Heydər Əliyev prospekti, 1A ünvanında yerləşən və yeni konseptə uyğun açılmış mağaza Xırdalan və ətraf ərazilərdə yaşayan müştərilərə göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək məqsədi daşıyır.

Yeni mağazanın təqdimatı ilə əlaqədar olaraq, açılış günü “Nar” nömrələri 50% güzəştlə satışa çıxarılıb, bütün smartfonlar isə 10% endirimlə mobil rabitə istifadəçilərinə təklif edilib. Əlavə olaraq, endirimli smartfon əldə etmiş hər bir müştəriyə “Nar” nömrə hədiyyə edilib.

Hazırda ölkədə 4 “Nar” satış-xidmət mərkəzi və 76 “Nar” diler dükanı fəaliyyət göstərir.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2017.11.15 / 16:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla