Yuxarı

Deputatlara ayrılan xərclər artırılsın - Təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ezamiyyə üçün ayrılan pullar Milli Məclis deputatlarının müəyyən tədbirlərdə iştirakı üçündür. Amma bu tədbirlərin dəqiq sayını demək mümkün deyil. Plansız o qədər tədbirlər olur ki.

Report xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, ezamiyyə xərclərinə əlavələr olunmalıdır: “Bu vəsait istifadə olunmasa geri qaytarılacaq. Beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qərarlar qəbul edirlər. Elə Avropa Şurasının özündə də geriyə dönüş başlayıb. Bizim deputatlarımız ora səfər etməli, müəyyən tədbirlərdə iştirak etməlidirlər. Bunun üçün də vəsait tələb olunur”.

S.Novruzov qeyd edib ki, Azərbaycan Milli Məclisinin dünyanın bir çox ölkəsi ilə dostluq qrupları var və onlar yaxşı işləyirlər:

“Əsas meyar onların gedib-gəlməsi və əlaqə qurmalarıdır. Dostluq qruplarının Azərbaycana dəvət olunması mühüm məsələdir. Bu sahəyə müəyyən qədər vəsait ayrılsa yaxşı olar. Bundan əlavə, Azərbaycan həqiqətlərinin dünyaya çatıdırıması üçün də müvafiq tədbirlər keçirilməlidir. Türkiyədə, Rusiyada olur ki, iş adamları da dəstək göstərir. Amma Avropanın elə ölkələri var ki, orada 3 nəfər azərbaycanlı iş adamı yoxdur. Bu məsələyə diqqət ayırılsa, yaxşı olar. Həmçinin kitabların çap olunmasını və tərcümə olunmasını da Milli məclis diqqətdə saxlamlıdır”.

Deputat növbəti dəfə deputatların maaşının artırılmasını təklif edib.

Tarix
2017.11.23 / 12:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla