Yuxarı

Millət vəkili jurnalisti xəstəxanada ziyarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün millət vəkili Qənirə Paşayeva Milli Onkologiya Mərkəzində xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış jurnalist Ülviyyə Həsənqızını ziyarət edib və onun həkimləri ilə danışıb.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili özü açıqlama yayıb. O bildirib ki, həkimlər Ülviyyənin sağalması üçün əllərindən gələni edirlər:

“İnşallah, Ülviyyə bu çətin günləri arxada qoyacaq, xəstəliklə ciddi mübarizə aparacaq və qalib gələcək. Bu gün ona da söylədim, indi ona daxili inam, psixoloji güc çox vacibdir və onda bu gücü hiss etdim, daha da artacağına əminəm. Orada həkimlər və tibb işçiləri ilə də söhbətləşdik. Həkimlər Ülviyyəyə böyük diqqət və sevgi ilə yanaşırlar”.

Q.Paşayeva qeyd edib ki, Milli Onkologiya Mərkəzinin rəhbərliyi Ülviyyənin əməliyyat və müalicəsini öz üzərlərinə götürüblər:

“Ülviyyə anasının tək övladıdır. Kirayədə yaşayır. İnanırıq ki, dostları, həmkarları bu gün olduğu kimi, onu yalnız qoymayacaq. Ülviyyəyə dəstək olan bütün jurnalistlər və sadə insanlara təşəkkürlər!”.

Tarix
2017.12.07 / 18:14
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla