Yuxarı

Azərbaycanda 5 nazir vəzifədən azad edildi - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il nazir postunda əyləşən bir neçə şəxs vəzifəsindən azad edilib.

Axar.az 2017-ci ildə nazir postundan gedən və bu vəzifəyə gətirilən şəxslərin siyahısını təqdim edir:

Bu ilin fevralında Prezidenti İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncamla Nəqliyyat naziri Ziya Məmmədov vəzifəsini itirib. Yeni yaradılan nazirliyə isə Ramin Namiq oğlu Quluzadə təyin edilib.

İyunun 5-də ürəyində yaranan problemlərdən sonra Türkiyədə müalicə alan Energetika naziri Natiq Əliyevin də postu onun ölümündən sonra bir müddət sahibsiz qalmışdı. Prezidentin 13 noyabrda verdiyi sərəncamla bu posta Pərviz Oqtay oğlu Şahbazov gətirilib.

Bir neçə gün öncə Təhsil naziri Mikayıl Cabbarov və Vergilər naziri Fazil Məmmədov Prezident İlham Əliyevin sərəncamı ilə tutduqları vəzifədən azad edilib. Digər sərəncam ilə Mikayıl Cabbarov vergilər naziri kimi fəaliyyət göstərməyə başlayıb.

Naxçıvanda da bir neçə nazir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq sərəncamları ilə tutduqları vəzifədən kənarlaşdırılıb. Belə ki, bu ilin fevralında Naxçıvanın Maliyyə naziri Xalid İsgəndərov vəzifəsindən azad edilib. Onu yerinə Səbuhi Məmmədov təyin edilib.

İyulun 28-də isə Vasif Talıbovun sərəncamı ilə Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib. Vasif Talıbov bu vəzifəyə Fazil Ələkbərovu gətirib.

Tarix
2017.12.13 / 13:29
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla