Yuxarı

Azərbaycanlı Ankarada tutuldu: 11 tapança, kokain... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada növbə çəkən polis naryadı sürücüsünün hərəkətlərindən şübhələndiyi lüks BMV-ni saxlayıb.

Virtualaz.org xəbər verir ki, dekabrın 16-da gecə səhərə yaxın Ankara küçələrindən birində həmin şübhəli avtomobili saxlayan polislər axtarış zamanı çoxsaylı silah-sursat və kokain aşkar ediblər.

Avtomobilin sürücüsü E.K. adlı Azərbaycan vətəndaşıdır. Avtomobildə onun sevgilisi olduğu bildirilən T.Ö. adlı qadın da olub. Polislər tərəfindən aparılan axtarış zamanı avtomobildə “Sig Sauer” markalı 11 ədəd tapança, onlara aid 12 güllə darağı və 1 kiloqram 160 qram ağırlığında kokain tapılıb. Azərbaycan vətəndaşı və onunla birlikdə olan qadın saxlanılıb, Ankara polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinə aparılıb.

Silahların avtomobildəki gizli saxlanc yerində aşkarlandığı bildirilir. Həmin saxlanc yeri avtomobilin arxa şüşə silgəcinin motoruna birləşdirilmiş xüsusi mexanizmlə açılırmış. Polis bu gizli mexanizmi axtarış zamanı aşkar edib.

Tarix
2017.12.17 / 11:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla