Yuxarı

Polislərimiz yarışda: Usubov qalibi mükafatlandırdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

DİN İdman Cəmiyyətində ölkəmizdə sabitliyin, əmin-amanlığın yaradılmasında böyük fədakarlıqlar göstərmiş, hər zaman xalqın və dövlətin müdafiəsi üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə xalqın etimadını qazanan Azərbaycan Polisinin 100 illik yubileyi ilə əlaqədar mini-futbol yarışı keçirib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, yarışda qələbə uğrunda Daxili Qoşunların Baş İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Baş Mühafizə İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi, Polis Akademiyası, Əlahiddə Çevik Polis Alayı, Baş Dövlət Yol Polisi İdarəsi olmaqla 7 komanda 2 qrupda mübarizə aparıblar.

Gərgin keçən yarışda Nəqliyyatda Baş Polis İdarəsinin komandası 5-2 hesabı ilə qələbə qazanıb.

Növbəti görüşdə isə NBPİ-nin və Daxili Qoşunların Baş İdarəsinin komandası qarşılaşıb. Maraqla qarşılanan bu görüşdə də NBPİ-nin komandası 3-2 hesabı ilə qələbə qazanaraq, ümumi hesabda 3-ü yeri tutub.

Komandanın qapıçısı “ən yaxşı qapıçı” adına layiq görülərək DİN rəhbərliyinin fəxri fərmanıyla təltif edilib.

Tarix
2018.01.19 / 22:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla