Yuxarı

İdarədən polisin vətəndaşı döyməsi xəbərinə - Münasibət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda məcburi köçkünlərin köçürülmə vaxtı sakinlərdən birinin polis tərəfindən döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

İdarədən Axar.az-a verilən xəbərə görə, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yaşayan 1981-ci il təvəllüdlü Qəhrəmanov Şaiq Balakişi oğlu sosial şəbəkələrdə Binəqədi rayonu 9-cu mikrorayon Həmzə Babaşov küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Təcili Tibbi Yardım stansiyasının qəzalı vəziyyətdə olan binasından köçürülmə zamanı Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən döyüldüyünü və bu səbəbdən əməliyyat olunduğunu yazıb.

“Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzindən məlumat verilib ki, Şaiq Qəhrəmanov 16 yanvar 2018-ci il tarixdə xəstəxanaya müraciət edib. Müayinədən sonra onun “qarın boşluğunda ağ xətt yırtığı” olduğu müəyyənləşib. Məlum olub ki, yırtığın əmələ gəlmə müddəti 2-3 il əvvələ aiddir. Xəstə müraciət edən zaman onun üzərində və bədən səthində heç bir xəsarət aşkarlanmayıb, döyülməyə xarakterik əlamətlər olmayıb. Şaiq Qəhrəmanovun sosial şəbəkələrdə yaydığı məlumatlar həqiqətə uyğun deyil”, - deyə məlumatda qeyd olunub.

Tarix
2018.01.22 / 10:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla