Yuxarı

Ermənilər altı rayonumuzu atəşə tutdu - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub.

Axar.az Müdafiə Nazirliynin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex, Barekamavan, Şavarşavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Fərəhli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Sarıcalı, Mərzili, Baş Qərvənd, Şuraabad, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Tarix
2014.07.24 / 09:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla