Yuxarı

“Azərsell”in Mobil Diş Klinikası pulsuz xidmətə davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərsell Telekom MMC-nin Mobil Diş Klinikası uğurla fəaliyyət göstərir. Klinika 2017-ci ildə gördüyü işlərlə bağlı yekun hesabatını açıqlayıb.

Şirkətdən Axar.az-a verilən məlumata görə, hesabata əsasən kimsəsiz və yardıma ehtiyacı olan 552 nəfər ötən il klinikanın müayinə və müalicəsinə cəlb olunub. Yanvar ayında Mobil Diş Klinikası Pirşağıda 10 saylı internat evindəki 124 uşağa xidmət göstərib. Fevral və mart ayları ərzində klinikanın həkimləri Zəngilan şəhərciyi tam orta məktəbinin 50 nəfər şagirdini müayinəyə cəlb ediblər. Aprel və may aylarında Əhmədli qəsəbəsi SOS Uşaq Kəndində məskunlaşan 102 nəfər uşaq peşəkar stomatoloji xidmətdən yararlana bilib. İyun ayında isə həkimlər Yasamal Rayonu Əlillər Təşkilatında 47 nəfərə təmənnasız yardım ediblər. İyul, avqust və sentyabr aylarında Abşeron rayonu, "Məzun evi" sosial müəssisəsinin 139 nəfəri bu xidmətdən yararlanıb. Oktyabr ayında Nizami rayonu, Lal-kar uşaqlar üçün 3 saylı internat məktəbinə baş çəkən klinikanın həkimləri burda 35 nəfəri müayinə və müalicəyə cəlb ediblər. Sabunçu rayonu, 11 saylı inteqrasiya təlimli internat məktəbində isə həkimlər oktyabr ayında xidmət göstəriblər. İnternat məktəbində 56 nəfər müayinədən keçib.

Yalnız Bakıda deyil, regionlarda yaşayan kimsəsiz uşaqlara da yardım etməyi hədəfləyən Mobil Diş klinikası indiyə qədər Şəki, Quba, Qusar, Lənkəran, Lerik və Balakəndə yerləşən İnternat məktəbi və uşaq evində, Gəncədə SOS Uşaq kəndi və İnternat Məktəbində, Biləsuvarda yerləşən Qaçqın düşərgəsində və internat məktəbində uşaqlara xidmət göstərib.

Qeyd edək ki, Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan Azərsell Telekom MMC Mobil Diş Klinikasını ən müasir tibbi avadanlıqla təchiz edib. Fəaliyyət göstərdiyi bu illər ərzində minlərlə insan Mobil Diş Klinikasının həkimləri tərəfindən müayinə edilib, ehtiyac olduğu təqdirdə müalicə alıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2018.02.02 / 17:16
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

NK kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi

ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla