Yuxarı

Azərbaycan BRDM-lərdən imtina edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Silahlı Qüvvələrinin inventarındakı sovet istehsalı olan BRDM-1 və BRDM-2 zirehli avtomobillərinin yeni nəsil zirehli maşınlarla əvəzlənməsi proqramına başlanacaq.

Bu barədə Azərbaycan hökumətindəki mənbələrdən məlumat verilib.

Hazırlanmış proqram çərçivəsində bir neçə ölkənin istehsalı olan zirehli maşınlar nəzərdən keçirilib. Son olaraq Türkiyənin "Otokar" şirkətinin istehsalı olan 4x4 təkər formuluna malik "Kobra" maşınlarının üzərində dayanılıb. Hazırda Azərbaycan Sərhəd Qoşunları və Daxili Qoşunlarının silahlanmasında yer alan "Kobra"lar yerli şəraitə uyğun testlərdən keçib, yüksək manevr qabiliyyəti və qoruma səviyyəsi ilə seçilir. Hazırda "Kobra"lar öz sinfində dünyada ən geniş yayılan zirehli maşınlardan hesab olunur.

Məlumata görə, Azərbaycan hökuməti Müdafiə Sənayesi Nazirliyinə ordunun tələbatının ödənilməsi üçün adıçəkilən maşınların Azərbaycanda istehsalının qurulması barədə tapşırıq verib. Alternativ variant kimi Azərbaycan müdafiə sənayesi mühəndisləri yeni zirehli maşının yaradılması istiqamətində işlər aparırlar.

Tərəflər arasında danışıqlar müsbət yekunlaşarsa, Azərbaycanda "Kobra"ların istehsalına dair müqavilənin sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 sərgisində imzalanması gözlənilir.

Qeyd edək ki, Azərbaycan MSN ilə Türkiyə Müdafiə Sənayesi Katibliyi arasında 2013-cü ilin may ayında imzalanmış niyyət protokolunda "Kobra" maşınların Azərbaycanda istehsalı ilə bağlı məsələ də yer alıb.

Tarix
2014.07.25 / 17:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla