Yuxarı

Germanistika İnstitutunun açılış mərasimi oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Germanistika İnstitutunun açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Germanistika İnstitutunun fəaliyyəti çərçivəsində seçilən tələbə və müəllimlərin Almaniyada müxtəlif ixtisasartırma kurslarında iştirakı, almaniyalı professorların ADU-da mühazirələrinin təşkili, ADU müəllimlərinin Almaniyada fəaliyyəti nəzərdə tutulur. İnstituta Azərbaycan ədəbiyyatının böyük təbliğatçısı, Almaniyanın Vürsburq Universitetinin və ADU-nun professoru, Osvold fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziglinde Hartman rəhbərlik edəcək.

Tədbirdə Almaniya, Avstriya, İsveçrə səfirliklərinin nümayəndələri, Azərbaycanda alman dili sahəsində fəaliyyət göstərən təşkilatlar və alman dilinin tədris olunduğu universitetlərin əməkdaşları iştirakı ediblər.

Tədbirdə Azərbaycan, Almaniya, Avstriya və İsveçrə dövlətlərinin himnləri səsləndirilib.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Bu günün universitetdə son dərəcə möhtəşəm gün olduğunu və ADU-nun tarixinə yazılacağını diqqətə çatdırıb. ADU-da bir çox ölkələrin dil və mədəniyyətlərinin təbliğ olunduğunu vurğulayıb. İnstitutun açılmasının ADU üçün elmi, tədris, hətta siyasi əhəmiyyətini vurğulayan rektor bu işdə əməyi keçənlərə təşəkkürünü bildirib. O, institutun açılışında yaxından iştirak edən Almaniyanın elm və mədəniyyət xadimi Z.Hartmanın yalnız Almaniyada deyil, dünyada tanınmış araşdırmaçı olduğunu söyləyib. Rektor bildirib ki, Germanistika İnstitutu ADU ilə yanaşı, ölkənin digər ali təhsil müəssisələri üçün də faydalı olacaq. Rektor ADU-nun bu institut vasitəsilə Almaniya, Avstriya və İsveçrənin elmi dairələri ilə əlaqələrinin genişlənəcəyinə inandığını qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Fridrix Fon Ditsin xatirəsini əbədiləşdirmək məqsədi ilə sərəncam imzaladığını xatırladan rektor 1815-ci ildə adıçəkilən alman aliminin “Kitabi-Dədə Qorqud” dastanını tədqiq edərək dünyaya tanıtdığını vurğulayıb və digər alman ədəbi cərəyanlarının nümayəndələrindən söz açıb. Germanistika İnstitutunun tələbələrin inkişafında xüsusi rol oynayacağını diqqətə çatdırıb. Rektor bildirib ki, professor Z.Hartman on ildən artıq müddətdə Azərbaycan ali məktəbləri ilə əlaqələr qurub, alman dil, mədəniyyəti, tarixi və ədəbiyyatının ölkəmizdə yayılmasında xüsusi xidmət göstərib. Z.Hartmanın artıq Azərbaycan ədəbiyyatının Almaniyada və almandilli ölkələrdə tanınması istiqamətində fəaliyyət göstərdiyini deyən rektor professora bu fəaliyyətinə görə təşəkkürünü bildirib.

Professor Ziglinde Hartman ilk dəfə Azərbaycana gəlişindən və təəssüratlarından söz açıb. O, K.Abdulla ilə birgə fəaliyyətini xatırlayaraq qazanılan təcrübələrdən danışıb. Azərbaycanda Germanistika İnstitutunun açılmasının Almaniya Federativ Respublikası üçün böyük şərəf olduğunu deyən professor bu işdə səy göstərən hər kəsə təşəkkürünü bildirib.

Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab, İsveçrənin Azərbaycandakı föqvəladə və səlahiyyətli səfiri Filip Şdalder, Avstriyanın Azərbaycandakı səfirliyinin konsulu Volfqanq Marxardt Germanistika İnstitutunun açılması münasibətilə ürək sözlərini bildiriblər. ADU ilə genişlənən qarşılıqlı əlaqələrdən söz açaraq bu əlaqələrin ölkələrarsı münasibətə də öz töhfəsini verdiyini deyiblər.

Daha sonra ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor Sərxan Abdullayev, həmçinin xəlifə rektor Nicat Aşurov, tələbə Pərvanə Yəhyazadə İnstitutun açılmasını böyük uğur kimi qiymətləndiriblər.

Sonda ADU-nun II və III kurs tələbələri alman dilində mahnılar ifa ediblər.

Tarix
2018.03.01 / 21:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla