Yuxarı

Seçki ərəfəsində bu narazılıq niyə yaradılır? – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkinin mərkəzində 200 mənzilə illərdir təbii qaz verilmir. Bu məsələ prezident seçkiləri ərəfəsində süni narazılıq yaradır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Yaqub Mahmudov Milli Məclisdə Hökumətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, Şəkidə 441 nəfər vətəndaşa torpaq sahəsi ayrılıb, onlar həmin sahədə ev tikiblər. Lakin 200 mənzildə yaşayış olsa da, illərdir qazla təmin edilməyiblər:

“Necə olur ki, illərdir şəhərin bir hissəsində bu süni narazılıq yaradılır. Biz prezident seçkiləri ərəfəsindəyik, baş nazirə müraciət edərək, bu süni narazılığı aradan qaldırmaqda bizə dəstək verməsini xahiş edirəm”.

Millət vəkili Şəkidə hava limanı məsələsini də gündəmə gətirib:

“100 min nəfərlik əhalisi olan Şəkidə nə üçün təyyarə meydançası olmasın? Bu məsələyə dövlət maraqları səpkisində baxılmasını istərdik. Şəkinin tarixiliyini və bugünkü inkişafını nəzərə alaraq, şəhərdə hava limanının olmamasının doğru olmadığını düşünürəm”.

Tarix
2018.03.16 / 23:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla