Yuxarı

Məmmədyarovdan növbəti xəbər: Amerikalı şahmatçı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 23-də Berlində keçirilən şahmat üzrə iddiaçılar turnirinin 11-ci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb.

Axar.az xəbər verir ki, qara fiqurlarla oynayan Ş.Məmmədyarov rəqibi ilə oyunun 41-ci gedişində heç-heçəyə razılaşıb və şahmatçılar hərəyə 0,5 xalla kifayətlənməli olublar. Hər iki şahmatçının ilk dövrədəki qarşılaşması da bərabərliklə nəticələnmişdi.

Bu görüşdən sonra Azərbaycan şahmatçısı iki qələbə və doqquz heç-heçə ilə aktivindəki xalların sayını 6,5-ə çatdırıb. Qrossmeysterimiz hazırda bir görüş az keçirən turnirin lideri Fabiano Karuana ilə xalları bərabərləşdirib. Növbəti turda Ş.Məmmədyarovun rəqibi Liren Dinq (Çin) olacaq.

Hazırda turun digər görüşlərində Aleksandr Qrişuk (Rusiya) - Liren Dinq (Çin), Fabiano Karuana (ABŞ) - Vladimir Kramnik (Rusiya), Levon Aronyan (Ermənistan) - Sergey Karyakin (Rusiya) qarşılaşmaları keçirilir.

İddiaçılar turnirinə martın 28-də yekun vurulacaq. On dörd raunddan ibarət iddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur. Berlin turnirinin qalibi olan şahmatçı Londonda dünya çempionluğu uğrunda görüşdə bu titulun hazırkı sahibi norveçli Maqnus Karlsen ilə üz-üzə gələcək.

Tarix
2018.03.23 / 22:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla