Yuxarı

Qərib Məmmədov Nyu Yorkda qətnamə imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərib Məmmədov Nyu Yorkda qətnamə imzaladı

BMT-nin Nyu Yorkdakı mənzil qərargahında Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Ekspertlər Komitəsinin 4-cü iclasında Azərbaycanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

AzərTAc xəbər verir ki, iclasda qlobal geodeziya istinad çərçivəsinin müzakirəsi, qlobal fundamental geoməkan məlumatları mövzularının müəyyənləşdirilməsi, dayanıqlı inkişaf üçün xəritə, qlobal geoməkan informasiyası icması üçün standartların qəbulu və tətbiqi kimi mühüm məsələlər daxil edilib.

Sonda müzakirə olunan bütün məsələlərlə bağlı qətnamə qəbul olunub və Ekspertlər Komitəsinin müzakirə edəcəyi mövzuların hazırlanması üçün işçi qrupların yaradılması planlaşdırılıb. Azərbaycan nümayəndə heyəti işçi qrupların, o cümlədən institusional islahatlar üzrə işçi qrupunun işində yaxından iştirak etmək təşəbbüsü ilə çıxış edib. 2015-ci ilin "Xəritə ili" elan olunması barədə Beynəlxalq Kartoqrafiya Assosiasiyasının təklifi iştirakçılar tərəfindən dəstəklənib.

Ekspertlər Komitəsinin iclasının son günündə Azərbaycan nümayəndə heyəti, həmçinin Asiya və Sakit Okean üçün Geoməkan İnformasiyasının İdarəolunması üzrə BMT-nin Regional Komitəsinin İcraçı Şurasının məsləhətləşmələrində iştirak edib.

Qeyd edək ki, 2012-ci il noyabrın 1-də Tailand Krallığında keçirilmiş BMT-nin Asiya və Sakit Okean üzrə Regional Kartoqrafik Konfransında Qərib Məmmədov adıçəkilən Şuraya üzv seçilib. Tədbirdə Regional Komitənin növbəti plenar iclasının gündəliyi və digər məsələlər nəzərdən keçirilib.

Növbəti plenar iclasda Azərbaycan nümayəndə heyətinin ölkəmizdə geoməkan məlumatlarının idarəolunması sahəsində bacarıqların inkişafı mövzusunda məruzə ilə çıxış edəcəyi qərara alınıb.

Tarix
2014.08.12 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla