Yuxarı

Azərbaycan Türkiyədən yeni silahlar alır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Müdafiə Nazirliyi Türkiyə istehsalı olan "Milli Piyada Tüfəngi" ("MPT"), o cümlədən 7,62 milli metrlik "MPT-76" silahları ilə maraqlanır.

Publika.az-ın məlumatına görə, artıq qarşıdakı aylarda sözügedən silahların alınması ilə bağlı ölkələr arasında anlaşma sənədinin imzalanması gözlənilir.

Həmin silahın əldə olunması ilə maraqlanan ölkələr arasında Azərbaycanla yanaşı, Yaponiya, Səudiyyə Ərəbistanı, Pakistan və Cənubi Koreya da var.

Qeyd edək ki, Türkiyənin ilk yerli istehsalı olan "MPT-76" silahının 200 ədədi bu yaxınlarda Türkiyə Quru Qoşunları Komandanlığına təhvil verilib. "MPT-76" silahı 2015-ci ildən etibarən isə köhnə "G-3" silahları ilə əvəz olunacaq.

Türkiyənin Müdafiə Sənayesinin istehsalı olan "MPT-76" silahının xarici ölkələrə ilk satışına isə bu ilin sonlarında başlanılacağı planlaşdırılır.

Tarix
2014.08.13 / 20:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla