Yuxarı

Bakıda avtobus qəzası: Ölən və yaralananlar var - Yeniləndi(2)

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:10

Bakıda avtobus qəzası baş verib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə tikilməkdə olan Olimpiya Stadionu qarşısında baş verib. 148 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu idarəetməni itirərək aşıb. Nəticədə avtobusun sürücüsü 31 yaşlı Haqverdi Kərimov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Avtobusda olan sərnişinlərdən 10 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onların adları dəqiqləşdirilir.

Qəza səbəbindən şəhər istiqamətində böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

***

11:01

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, qəza zamanı xəsarət alan sərnişinlərdən 8 nəfəri həmin xəstəxanaya çatdırılıb, lakin onlardan biri yolda dünyasını dəyişib. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib.

Zərərçəkənlərdən biri azyaşlı uşaq olub. Zərərçəkənlərin arasında 80 yaşlı qadın da olub. Uşaq əməliyyat olunur. Zərərçəkənlərin vəziyyəti kafi qiymətləndirilir.

Qəza səbəbindən şəhər istiqamətində böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

***

Sabunçu Rayon 3 saylı klinik xəstəxanasına hadisə ilə əlaqədar 7 nəfər yaralı gətirilib.

Axar.az-a xəstəxanadan verilən məlumata əsasən, onlardan ikisi reanimasiyadadır, daha bir nəfər isə cərrahiyyə şöbəsində əməliyyata alınıb. Yaralılardan biri Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına üz-çənə əməliyyatı üçün göndərilib. Üçünün vəziyyəti isə normal olduğu üçün evə buraxılıb.

Tarix
2014.08.14 / 11:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla