Yuxarı

Sulutəpədə evlərin növbəti söküntüsü başladı - FOTO

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sulutəpədə evlərin növbəti söküntüsü başladı - FOTO

Oktyabrın 14-də, saat 16:00 radələrində Sulutəpə ərazisindəki iki yeni tikilmiş ev polis əməkdaşları tərəfindən sökülüb.

Hadisə yerində olan əməkdaşımız söküntünü müşahidə edib və sakinlərlə danışıb. Sakinlərin dediyinə görə, Binəqədi rayon İcra Hakimiyyətində çalışan, ancaq vəzifəsi bilinməyən Mirpaşa adlı şəxs yeni ev tikmək istəyənlərdən 5 min manat rüşvət tələb edir. Verməyənlərin isə evi polis tərəfindən yerlə-yeksan edilir.

"Mirpaşa labirinti"

Məsələ ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətindən münasibət öyrəndik. İcra Hakimiyyətindən bildirdilər ki, söküntü haqda heç bir məlumatları yoxdur və Xocahəsən qəsəbəsi nümayəndəliyi ilə əlaqə saxlamağı məsləhət bildilər.

Xacəsən icra nümayəndəliyi də hər şeydən xəbərsiz olduğundan, Xocasən bələdiyyəsi ilə əlaqə saxlamağı tövsiyyə etdi.

Xocasən bələdiyyə sədrinin köməkçisi Kəmalə Seyidova isə Mirpaşa adlı işçilərinin olduğunu təsdiqlədi. Amma iş başında olmadığından, onunla danışmağın mümkün olmadığını söylədi.

Bələdiyyə sədrinin müavini Sara Əbilova isə köməkçinin dediyini inkar etdi:

- Bizdə Mirpaşa adlı işçi yoxdur. Bilmirəm, kimdən bəhs edirsiniz. Ən yaxşısı Binəqədi rayon İcra Hakimiyyətinə zəng edin.

Tarix
2013.10.18 / 18:00
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla