Ana səhifə Toplum |
Türkiyə Milli Piyada Tüfəngi layihəsi çərçivəsində istehsal olunmuş MPT-76 piyada tüfəngini sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 sərgisində nümayiş etdirəcək.
APA-nın məlumatına görə, silah MKE şirkətinin stendində nümayiş etdiriləcək.
MPT-76 tüfəngi Türkiyə Silahlı Qüvvələrinin silahlanmasındakı G-3 piyada tüfənglərinin əvəzlənməsi üçün yaradılıb və 200 ədədlik ilk partiyası may ayında Quru Qoşunlarına təhvil verilib.
Çəkisi 4,1 kq təşkil edən silah 7.62×51 mm çaplı patronlardan istifadə edir. Tüfəngin təsirli atış məsafəsi 600 metrdir. Üzərindəki piccatini relsi silaha müxtəlif optik nişangahlar, lazer və s. əlavə etməyə imkan verir.
Qeyd edək ki, 2013-cü ilin may ayında İstanbulda keçirilmiş
İDEF-2013 sərgisində Milli Piyada Tüfənginin Azərbaycanın müdafiə
və müdafiə sənayesi nazirləri üçün təqdimatı keçirilib.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə MKE arasında 2011-ci ildə imzalanmış niyyət protokolunda gələcəkdə ehtiyaclara uyğun olaraq bu silahın Azərbaycanda hissələrinin istehsalı və yığılmasına dair məsələlər yer alıb.
Tarix
2014.08.16 / 16:30
|
Müəllif
Axar.az
|