Yuxarı

Azərbaycanda zibildən elektrik enerji istehsal ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə Azərbaycanda ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2775,5 min ton və ya əvvəlki illə müqayisədə 8,1 faiz az tullantı əmələ gəlib. Onların 56,8 faizini bərk məişət tullantıları, 43,2 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Axar.az Trend-ə istinadən xəbər verir ki, ötən il yaranmış 1576,5 min ton və əvvəlki illərdən qalmış 1,5 min ton bərk məişət tullantılarının 33,4 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 faizi ölkə daxilində satılıb, 66,1 faizi isə zibilxanalara daşınıb. Məişət tullantılarından istifadə hesabına 170,3 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ildə alternativ enerji mənbələri üzrə istehsal olunmuş elektrik enerjisinin 65,8 faizini təşkil edir.

Sənayedə və digər sahələrdə təkrar xammal və istehsal tullantıları ehtiyatlarının 25,7 faizi, o cümlədən 24,1 faizi yeni məhsul alınması, 1,6 faizi isə digər məqsədlər üçün müəssisə daxilində istifadə edilib, 11,2 faizi ölkə daxilində satılıb, 0,5 faizi ixrac olunub, 10,9 faizi zibilxanalara atılıb, 51,7 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 208,3 min ton və ya əvvəlki illə müqayisədə 3,0 dəfə az təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 7,5 faiz olub. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 57,0 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib. Tullantıların böyük hissəsi mədənçıxarma sənayesi müəssisələrində yaranıb və onların 83,9 faizi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür.

Tarix
2018.04.25 / 01:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla