Ana səhifə Toplum |
Bakı şəhərini metrosuz təsəvvür etmək mümkün deyil. Hər gün minlərlə insanın istifadə etdiyi metro digər nəqliyyat vasitələrindən həm sürətli olmağına, həm də tıxaca düşməməyinə görə daha əlverişlidir. Bakı Metropoliteni QSC sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün daha 5 vaqon alaraq, onların xidmətinə verib.
Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayevin mövzu çərçivəsində Axar.az-a verdiyi qısa müsahibəni təqdim edirik:
- Hazırda metropolitenin neçə qatarı və neçə vaqonu var?
- Paytaxt sakinlərinin gediş-gəlişini təmin etmək məqsədilə 285 vaqon onların xidmətinə verilib. Hər qatarda 5 vaqon olduğunu nəzərə alsaq, hazırda 57 qatar istifadədir.
- Yeni aldığınız qatarlardan danışaq. Son illərdə neçə qatar almısınız? Onların qiymətləri haqda məlumat verə bilərsinizmi?
- 2015-ci ildə Avropa Oyunları ərəfəsində Metropolitenin qatarları sırasına hərəsi 5 vaqondan ibarət olmaqla 3 yeni müasir tipli qatar əlavə olundu. Bu yaxınlarda da son model bir qatar gətirildi. Gələn ay da növbəti 5 vaqondan ibarət yeni qatar gətiriləcək. Qiymətlərə gəldikdə isə bu barədə mətbuata məlumat vermirik.
- Bəs 2015-ci ildə gətirdiyiniz qatarlarla bu qatarın nə fərqi var? Bu dəfə də ondan almamağınız səbəbi nədir?
- Bu qatar 2015-ci ildə gətirdiyimiz qatarlardan fərqli olaraq, son modeldir.
- Köhnə vaqonları tam yeniləməyi düşünürsünüzmü?
- Hazırda istismar müddətini başa vurmuş vaqonumuz yoxdur. Təbii ki, gələcəkdə istifadədə olan vaqonlarımız istismar müddətini başa vurduqca xətdən çıxarılacaq və onların yerinə müasir tipli vaqonlar alınacaq.
Tarix
2018.04.25 / 12:25
|
Müəllif
Nərmin Əkbərli
|