Yuxarı

Bakıdan qaçırıldığı deyilən FETÖ-cunun yeri bilindi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.04.27. 12:34

Türkiyə vətəndaşı, Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda ittiham edilərək, barəsində axtarış elan olunan Mustafa Ceyhanın Bakıda məhkəmə qarşısından 8 silahlı şəxs tərəfindən oğurlanması barədə yayılan xəbərə aydınlıq gətirilib.

Axar.az xəbər verir ki, əslində, onun oğurlanmadığı, ölkəsinə təhvil verilməsi üçün saxlanılaraq, hava limanına aparıldığı üzə çıxıb. "Hürriyyyət" Mustafa Ceyhanın artıq Atatürk hava limanında İstanbul polisinə təhvil verildiyini yazıb. Bildirilib ki, onu Atatürk hava limanına qədər Azərbaycan polisi müşayiət edib.

Qeyd edək ki, Mustafa Ceyhan ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.

Qazax Rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.

Bu ilin aprelin 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası keçirilib.

Həm təqsirləndirilən şəxsin vəkili, həm də BMT-in Qaçqınlarla iş Bürosunun Azərbaycan nümayəndəliyinin vəkili vəsatətin təmin olunması istəyib.Məhkəmə M.Ceyhanın məhkəmə zalından azadlığa buraxılması barədə qərar qəbul edib. M.Ceyhan daha sonra saxlanılaraq Türkiyəyə təhvil verilib.

Ötən gün isə Mustafa Ceyhanın Bakıda məhkəmə binasının qarşısında naməlum şəxlər tərəfindən qaçırıldığı haqda iddia yayılmışdı. Mustafa Ceyhanın həyat yoldaşı Məryəm Ceyhan Tvitter paylaşımında bildirmişdi ki, 8 nəfər naməlum silahlı şəxs onun ərini mikroavtobusla qaçırıb.

Tarix
2018.04.28 / 00:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla