Yuxarı

İran saytları Bakıdakı Formula-1 yarışından yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran saytları Bakıdakı Formula-1 yarışından yazdı

İranın bir sıra xəbər portalları, idman saytları və turist firmalarının internet resurslarında Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıblar.

Axar.az xəbər verir ki, xəbərlərdə yarışda iştirak edən komandalar və pilotlar barədə məlumatlarla yanaşı, yarışın təşkilatçılığı və Bakı şəhəri haqqında da məlumat yer alıb.

“Tarafdari”, “Zoomit”, “Irib news”, “Arantravel”, “Pedal” və başqa saytlarda yer alan məqalələrdə qeyd edilib ki, hər il Bakıda keçirilən Formula 1 yarışları dünyanın idman ictimaiyyətinin diqqət mərkəzində olur. Azərbaycan hökuməti beynəlxalq dərəcəli idman yarışlarının keçirməkdə təcrübəyə malikdir. Formula 1 yarışlarında iştirak edən komandaların avtomobilləri yüksək səviyyədə təmir edilmiş yollarda maksimum sürətlə şütüyürlər. Trekin cəlbediciliyi pilotların da marağına səbəb olub. Bu marşrutda avtomobillər saatda 300 kilometrdən artıq sürəti aşa bilirlər. Marşrut Bakının Azadlıq meydanı, Qız qalası, Neftçilər prospekti, Hökumət evi, İçərişəhər kimi tarixi və müasir məkanların yanından keçir.

Yazılarda nəzərə çatdırılır ki, Formula 1 yarışı ilə əlaqədar Bakıya çoxlu xarici turist gəlib. Turistlərin yarışları izləməsi üçün marşrut üzərində bir neçə yerdə 30 minədək tamaşaçı üçün yerlər quraşdırılıb.

Bəzi saytlar Bakıdakı otellər, onların qiymətləri haqqında məlumat da dərc ediblər. Qeyd olunub ki, İran vətəndaşları Azərbaycan hökumətinin yaratdığı “ASAN viza” sistemindən yararlana bilər. Bakıya gələn qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportunda asanlıqla viza ala bilərlər.

Saytlar yarışın qalibinin Luis Hamilton olduğunu vurğulayaraq, onun Qran-Prinin yüksək səviyyədə təşkil olunması haqqında fikirlərinə də yer veriblər.

İranın IRNA, Mehr, Fars, İsna və digər saytları da Formula 1 haqqında xəbərlərə geniş yer ayırıb.

Tarix
2018.05.04 / 21:15
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla