Yuxarı

“Zorakılıq görmüş uşaq özü də zorakı olur”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yetkinlik yaşına çatmayanlar arasında cinayət hadisələri və hüquq pozuntularının baş verməsinin bir sıra səbəbləri var".

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə son vaxtlar yetkinlik yaşına çatmayanların cinayət və cinayət xarakterli əməllər törətməsinin səbəbini şərh edərkən deyib.

Onun sözlərinə görə, ailə daxilində valideynlərin zorakılığı uşaqların bu kimi vərdişlərə yiyələnmələrinə səbəb olur. Adətən, zorakılıqla qarşılaşmış uşaq bir qədər böyüdükdə özü də zorakılıq törətməyə meyilli olur:

"Ən əsas amillərdən biri nəzarətin zəifliyidir. Bəzən yeniyetmələr etinasızlıq üzündən müxtəlif təsirlərə düşür və çətin tərbiyə olunan uşaq imici qazanırlar. Belə yeniyetmələrlə daha çox polis orqanları məşğul olur və onların xeyli hissəsinin cəmiyyətə qovuşaraq sağlam həyat tərzi keçirmələri çətinləşir. Özünü aktuallaşdırmaq istəyi - yeniyetmələrin ünsiyyət ehtiyaclarının ödənilməsi və onların özlərini aktuallaşdırmaq üçün imkan və şəraitin yaradılması və onların kənar təsiri özündə əks etdirən qruplara daxil olmaqdan imtina etməsinı nəzərdə tutur. Bəzən yeniyetmələr ünsiyyət tələbatının və özünü aktuallaşdırma tələbatının ödənilmədiyi səbəbindən qeyri-sağlam qruplara cəlb olunur və həmin qruplar da onların bu istəklərini özlərinə lazım olan istiqamətə yönəltməklə reallaşdırmağa çalışırlar".

Kəmalə Ağazadə onu da qeyd etdi ki, adətən uşaqlar böyüklərdən nümunələr götürməyə çalışırlar:

"Belə nümunələrin içərisində bəzən zərərliləri də yer alır. Siqaret çəkmə, alkoqollu içkilərə meyil və s. bu kimi adətlər də bəzən yeniyetmələr üçün cəlbedici olur. Böyükləri təqlid edərək və adətən bunun nə ilə nəticələnəcəyini bilməyərək onlar da bu kimi zərərli vərdişlərə aludə olurlar. Bu kimi vərdişlər zaman-zaman daha da inkişaf edir. Narkomaniya, toksikamaniya kimi bəlalara yoluxmaya, bu ehtiyacları ödəmək üçün hüquq pozuntularına meyllənməyə səbəb olur. Digər amillər kimi daxili eqodan yaranan bəzi xüsusiyyətlər – münaqişəyə meyllilik, paxıllıq və s. bu kimi hallar da göstərmək olar ki, bunları da düzgün tərbiyə vasitəsilə yönləndirmək mümkündür".

Tarix
2014.08.22 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla