Yuxarı

Qənirə Paşayeva intihar edən gənc müğənnidən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənirə Paşayeva intihar edən gənc müğənnidən danışdı

Millət vəkili Qənirə Paşayeva bu gün intihar edən gənc müğənni Sura Əsgərlinin ölümünə münasibət bildirib.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva son zamanlar gənc insanlar arasında artan intiharların hamımızı ciddi düşündürməli olduğunu və bunların qarşısını almaq üçün ciddi tədbirlər görülməli olduğunun vacibliyini vurğulayıb.

Millət vəkilinin gənc müğənninin intiharı ilə bağlı Feysbuk sosial şəbəkəsində yazdığı başsağlığını təqdim edirik:

"Sura sən O-na belə qovuşmamalıydın. Bu cür faciəli ölümünlə bizi, nə qədər insanı üzdün, şoka saldın. Hələ də nə Tünzalə xanım, nə mən özümüzə gələ bilmirik. Axı nədən?
Ağıllı, istedadlı, inanclı, ALLAHı bu qədər sevən, yaradılanı bu qədər sevən mələk kimi bir qız idin,nədən intihar etdin anlamırıq.

Bilirəm, çox sevdiyin Rəbbim özü səni bağışlayacaq. Amma arxanda nə qədər gözyaşı qoydun, Sura bir bilsən... Hələ nə qədər gözəl şeirlər doğulacaqdı, hələ nə qədər gözəl mahnılar oxuyacaqdın, biz də sevinəcəkdik.

Dəyərli dostum Tünzaləyə təşəkkür edirəm ki, səni kəşf etmişdi, əlindən tutub sənətə gətirmişdi, şeirinə "Qovuş Ona" ya gözəl bir musiqi yazmışdı və birlikdə ifa edərək səni Azərbaycan insanına yaxından tanıtmışdı.

Bir az öncə Tünzalə ilə danışdıq. Sənin ölümündən o qədər sarsılıb ki, təskinlik vermək üçün söz tapmaqda belə çətinlik çəkirdim. Nədən,Sura? Çox sevirdim bu mahnını, klipi. İndi necə dinləyəcəyik, necə baxacayıq ona...

Bu intihar və son zamanlar gənc insanlar arasında artan intiharlar hamımızı ciddi düşündürməlidir və nələrsə etməliyik. Suranın ailəsinin yaşadığı böyük dərdini anlayır, Suraya ALLAHdan rəhmət, ailəsinə və sevənlərinə səbr diləyirik. Sən xatirələrdə "Qovuş Ona" ilə qalacaqsan və mən inanıram ki, sən çox sevdiyin Ona qovuşmusan..."

Tarix
2014.08.24 / 21:25
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla