Yuxarı

Bakıda taksilərə silahlı hücum: Nə etməli?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda, eləcə də bölgələrdə tez-tez sürücülərlə sərnişinlər arasında davalar yaşanır və bəzən bu mübahisələr qanlı olaylarla nəticələnir. Bir müddət əvvəl Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan Aydın Şıxəliyev sükan arxasında qətlə yetirilib. Cinayətkarlar A.Şıxəliyevə çoxsaylı bıçaq zərbələri endirərək, onu öldürüblər. Sonra isə cibindən 19 manat pulunu və 2 ədəd mobil telefonunu götürüblər.

Bənzər hadisə Bakıda da yaşanıb. Paytaxt sakini Teymur Müseyibli mayın 14-də iki nəfərin hücumuna məruz qalıb. Qəsbkarlar ona qarşı zor tətbiq edərək, 150 manat pulunu və bir ədəd mobil telefonunu əlindən alıblar.

Son vaxtlar taksi sürücülərinə qarşı bu cinayətlərin artması ictimaiyyəti narahat edən məsələlərdən biridir.

Bu barədə Axar.az-a danışan hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, taksi şirkətləri öz sürücülərinin təhlükəsizliyini qorumaq məqsədilə real tədbirlər görə bilməz:

“Bizdə taksi şirkətlərinin iş prinsipi başqadır. Tabelik və əmək münasibətləri yoxdur. Azərbaycanda özünün işçisi və avtomobilləri olan çox az sayda şirkət var. Əksər vaxt şirkətlər taksi sürücülərini tanımırlar. İşçisi olsa belə, taksi şirkətləri sürücüləri qorumaq imkanlarına malik deyil. Lakin şirkətlər sürücüləri təlimatlandıra bilər ki, xoşagəlməz hallarla üzləşməmək üçün diqqətli olsunlar, şübhəli məqamlarda polisə məlumat versinlər və s.

Fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olan sürücülər də daim diqqətli olmalı, müştərilərinə fikir verməlidirlər”.

Ekspertin sözlərinə görə, bəzi xarici ölkələrdə taksi sürücülərinin təhlükəsizliyini qorumaq məqsədilə xüsusi nəqliyyat vasitələrindən istifadə olunur:

“Bir sıra dünya ölkələrində nəqliyyat vasitələrində taksi sürücüsü ilə sərnişin arasında təmas olmur. Bu da avtomobilin konstruksiyasından asılı olan məsələdir. Nəqliyyat vasitəsi elə bir quruluşda olur ki, sürücü ilə sərnişin bir-birilərinə əllərini də uzada bilmirlər. Həm də həmin taksilarin şüşələri zirehli olur”.

Tarix
2018.05.23 / 16:02
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla