Yuxarı

Qızların toydan qaçması: Sonra çox gec olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünya təcrübəsi onu göstərir ki, evlilik öncəsi fiziki sağlamlıqla paralel psixi sağlamlıq da şərtdir".

Bunu Axar.az-a açıqlamasında Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov son zamanlar aktuallaşan ailədaxili problemlərin psixi müayinə zərurətini ortaya qoyması məsələsinə münasibət bildirərkən deyib.

"Dünənə qədər fiziki sağlamlıq ailə qurmaq mövzusunda əsas məsələ olub. Ancaq zaman göstərir ki, psixi sağlamlıq daha da önəmlidir. Bu gün elə insanlar var ki, fiziki qüsurları olsa da, mükəmməl bir ailə qurmaq qabiliyyətinə malikdirlər. Bəzən fiziki baxımdan tamamilə sağlam insanlar ailəni uzun müddət qoruyub saxlaya bilmirlər. Bu da onu göstərir ki, tibbi müayinə ilə yanaşı psixi müayinənin də birmənalı şəkildə aparılması vacibdir. Çünki bu gün ailə quranların çoxunun psixi problemləri sonradan ortaya çıxır. Buraya şəxsiyyət pozuntusu, paronoyak və şizofreniyanı aid etmək olar. Hətta bəzən bilə-bilə bu yola çıxırlar ki, evlənərsə, xəstəliyi sağala bilər. Psixoloji müayinə o formada aparıla bilər ki, ailə qurmazdan öncə gənclər tibbi müayinə ilə yanaşı psixi müayinə üçün də ərizə ilə müraciət etsinlər və mütəxəssis məsləhəti alsınlar. Bu, qurulan ailələrin möhkəmlənməsinə səbəb olacaq. Bununla bağlı ilkin mərhələdə inzibati tədbirlər gömək və lazım gələrsə, bunu məcburi şəkildə etmək lazımdır ki, hər iki cinsin nümayəndəsi bu müayinədən keçsinlər. Çünki sonradan ailələr özləri də bunun faydasını görəcəklər. Bu proses eyni zamanda gələcəkdə uşaqların xəstə olmamasında və yarana biləcək fəsadların qarşısının alınmasında sığorta rolunu oynayacaq. Sadəcə olaraq maarifləndirilmə aparılmalıdır. Bu gün ailələrə açıq şəkildə kənar müdaxilə çox olur. Ən böyük problem də elə bundadır. Ailədə baş verənlər məhrəmdir və problem lokal səviyyədə həll edilməlidir".

Psixoloq son zamanlar aktual olan regionlarda qızların öz toyundan qaçması məsələsinə də münasibət bildirdi:

"Mühafizəkar bir ortamda bu cür hadisələrin baş verməsinin sonradan qarşısını almaq çətin ola bilər. Bu, çox pis örnəkdir. Əsasən də kəndlərdə belə hadisələrin baş verməsinin üzərinə ciddi şəkildə düşmək lazımdır. Hesab edirəm ki, Milli Məclisdə evlilik öncəsi tibbi müayinənin müzakirəsi ilə yanaşı, psixi müayinənin də aktuallaşdırılması və bu sahədə mühüm tədbirlər görülməsi çox vacibdir. Əks təqdirdə artıq örnək halına çevrilən bu problem çox ciddi fəsadlara gətirib çıxara bilər. Eyni zamanda məsələ ilə əlaqədar Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə çox böyük məsuliyyət düşür. Çünki əlaqədar komitənin rayonlarımızda səkkiz filialı var. Buna görə də komitə tərəfindən maarifləndirmə və qabaqlayıcı tədbirlərlə bağlı işlər gücləndirilməlidir".

Tarix
2014.08.27 / 14:16
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla