Yuxarı

Nazir fondu yoxladı: tapşırıqlar verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna gələrək, burada mövcud iş mexanizmini, vəzifə və funksiyaların icra prosedurlarını nəzərdən keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, nazir Fondun bölmələrinin hər birinin fəaliyyəti, məcburi dövlət sosial sığorta iştirakçılarının qeydiyyata alınması və sığorta haqlarının uçotunun təşkili, büdcə proqrnozlaşdırmasının, sosial ödənişlərin, sosial xidmət və proqramların, büdcə icrasının uçotunun həyata keçirilməsi və s. istiqamətlərdə aparılan işlərlə yerindəcə tanış olub. Fondun əməkdaşları öz vəzifə funksiyalarının icrası ilə bağlı gördükləri işlər barədə nazirə məlumat veriblər.

S.Babayev prezident İlham Əliyevin sosial inkişaf strategiyasına uyğun olaraq, sosial müdafiə sistemində şəffaflığın, ünvanlılığın və ədalətliliyin, eyni zamanda, bu sistemin sosial cəhətdən həssas qruplara əlçatanlığının təmin edilməsinin, vətəndaş məmnunluğuna nail olunmasının başlıca fəaliyyət prinsipləri olduğunu vurğulayıb. Nazir sosial sığorta, pensiya və müavinət təminatı sahəsində əhaliyə xidmətlərin əsasında da məhz bu prinsiplərin dayanmalı olduğunu diqqətə çatdırıb.

Fondun fəaliyyəti ilə tanışlıq zamanı müvafiq sahələrdə iş mexanizmlərinin, inzibatçılığın innovativ yeniliklərin tətbiqi ilə təkmilləşdirilməsi, elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi məsələləri də müzakirə olunub, S.Babayev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.

Nazirliyin 142 və 190 "Çağrı mərkəzləri”ndə də olan nazir burada vətəndaşların müraciətlərinin cavablandırılması prosesini izləyib. S.Babayev hər bir müraciətin operativ cavablandırılmasını, aidiyyatı qanunvericilik aktlarına istinad olunmaqla, vətəndaşlara sadə və aydın şəkildə izahatların verilməsini, hər iki "Çağrı mərkəzi”nin fəaliyyətinin daha da təkmil şəkildə qurulmasını tapşırıb.

Tarix
2018.05.26 / 19:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla