Yuxarı

Girovlarla görüş olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan tərəfinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkəcəklər.



Bu barədə ANS-ə Komitənin Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə Hüseynova məlumat verib. O, qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan tərəfinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevə artıq 3 dəfə baş çəkiblər:



"BQXK-nin manadatına uyğun olaraq saxlanılan şəxslərlə görüş olacaq. Görüşün vaxtı barəsində heç nə deyə bilmərik. Görüş zamanı saxlanılan şəxslər ailələrinə məktub da yaza bilərlər. Bu onların hüququdur".



Öldürülmüş Azərbaycan vətəndaşı Həsən Həsənovun meyitinin qaytarılması ilə bağlı danışıqların aparıldığını deyən komitə rəsmisi prosesin baş tutması üçün ilk öncə tərəflərin razılığa gəlməli olduğunu söyləyib:


"BQXK meyitlərin qaytarılması ilə bağlı neytral vasitəçilik xidmətlərini münaqişə tərəflərinə təklif edib. Tərəflər razılaşdıqdan sonra prosses həyata keçirilə bilər".



Qeyd edək ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Onun Dağlıq Qarabağda dəfn edildiyi deyilir.

Tarix
2014.08.28 / 10:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla