Yuxarı

İsmayıllıda sel fəlakəti: 60 kənd işıqsız qaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecədən başlayaraq səhərədək İsmayıllı rayonunda güclü küləklə müşahidə edilən leysan yağışı yağıb.

APA-nın xəbərinə görə, yağışdan sonra əmələ gələn sel suları və külək təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

Təbii fəlakət zamanı İsmayıllı şəhərində və kəndlərdə sosial obyektlərin dam örtüyü qopub, meyvə ağacları, elektrik dirəkləri aşıb, meyvə-tərəvəz və taxıl tələf olub. Rayonda elektrik naqilləri qırılıb, əhaliyə elektrik enerjisinin verilişi dayanıb. Küləyin təsiri nəticəsində dam örtüyü dağılan evlər və içəridəki əşyalar yağış suyunun altında qalıb. Ümumilikdə rayonun 60 kəndinə elektrik enerjisinin verilişi dayanıb. Həmçinin, 7 kəndi təbii qazla təmin edən magistral qaz borusunun Ax-Ox çayı üzərindən keçən hissəsi selin təsiri nəticəsində qırılıb, əhalinin qaz təchizatı dayanıb. Hal-hazırda rayonda güclü yağış yağdığı üçün qaz xəttini bərpa etmək mümkün olmur.

Bundan əlavə, ötən gecə çobanlar iri və xırdabuynuzlu heyvanları Girdiman çayından keçirərkən qəflətən gələn güclü sel nəticəsində heyvanların bir qismi tələf olub. Dörd çoban, QAZ-66 markalı minik maşını və 600-ə yaxın qoyun və inək çayın ortasındakı boş torpaq sahəsində köməksiz vəziyyətdə qalıb. Gecə saatlarında İsmayıllı rayon fövqəladə hallar komissiyası və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin ərazi nəzarətə götürülüb. Əraziyə texnika və canlı qüvvə cəlb edilib, hazırda insanların və mal-qaranın xilas edilməsi ilə bağlı işlər aparılır. Təbii fəlakət zamanı rayona dəyən ziyanın miqdarı hələlik dəqiq bilinmir.

Araşdırma aparılır.

Tarix
2018.05.27 / 13:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla