Yuxarı

Ağdaşda ağır qəza: iki nəfər öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdaşda ağır qəza:  iki nəfər öldü

Ağdaş rayonunda iki nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə bu gün saat 15:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 256-cı kilometrliyində, Ağdaşın Şıxlı kəndi ərazisində qeydə alınıb. Ağdaşın Şəmsabad kənd sakini 1954-cü il təvəllüdlü Səfərəliyev Akif Məhəmməd oğlunun idarə etdiyi 10-XN-864 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik maşını qarşı tərəfdən gələn "Mercedes" markalı minik maşını ilə toqquşub.

Hadisə nəticəsində "Mercedes" markalı minik maşını tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı "VAZ 2106" markalı maşının sürücüsü Akif Səfərəliyev və sərnişini 1961-ci il təvəllüdlü Rəhimov İlqar Adil oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

"Mercedes"in sürücüsü isə müxtəlif dərəcəli yanıq xəsarətləri və ağır kəllə-beyin travması və sınıq xəsarətləri ilə ölümcül vəziyyətdə Ağdaş Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hazırda şok vəziyyətində olan xəstənin üzərindəki bütün sənədlər yandığı üçün onun şəxsiyyətini hələ ki, müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

APA

Tarix
2014.08.31 / 17:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla