Yuxarı

Taksi qiymətləri 2 dəfə bahalaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda taksi fəaliyyəti ilə məşğul olan şəxsi sürücülər bu gün Bakı Metropoliteninin fəaliyyət göstərməməsindən və tələbin çoxluğundan qiymətləri 2-2,5 dəfə bahalaşdırıb.

Axar.az xəbər verir ki, qiymət bahalaşması taksi xidmətlərinə aid deyil. Ancaq standart qiymətlə fəaliyyət göstərən taksi xidmətləri sifarişlərin hamısını qəbul edə bilmirlər. Belə ki, sifariş qəbul edildikdən sonra ən operativ takxi xidmətləri də icra edə bilməyəcəkləri və yaxud gecikdikləri haqda sifarişçiyə mesaj göndərirlər.

Sərnişinlər isə fəziyyətdən çıxmaq üçün metro stansiyaları önündəcə qruplaşırlar və eyni istiqamətdə gedənlər taksidən şərikinə istifadə etməklə, artıq ödəniş etməkdən qurtulurlar.

Bu arada, uzun müddətdir şəhərin mərkəzindən yığışdırılan kiçiktutumlu marşrut taksilərinin də əsas prospektlərdə görmək mümkündür. Daha çox şəhərətrafı ərazidə fəaliyyətlərini davam etdirən kiçiktutumlu marşrut taksiləri bu gün şəhərin mərkəzinə sərnişin daşıyırlar.

Qeyd edək ki, rəsmi məlumata görə, gün ərzində Bakı metrosu 590 mindən çox sərnişinə xidmət göstərir. Metronun işləməməsi əlbəttə, ciddi sərnişin sıxlığı yaratmalıdır.

Tarix
2018.07.04 / 10:31
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla