Yuxarı

ATV rəsmisi: "İstefa verməyiblər, işdən çıxarmışıq" - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ATV rəsmisi: "İstefa verməyiblər, işdən çıxarmışıq" - Yeniləndi

13:23

"ATV-dəki kütləvi istefalarla bağlı hələlik mətbuata açıqlama yaymaq məqbul hesab edilmədiyi üçün cavab verə bilmərəm".

Bu sözləri Axar.az "ATV xəbər" informasiya proqramının baş redaktoru Vaqif Aydınoğlu "Azad Azərbaycan" Telekanalının (ATV) əməkdaşlarının kütləvi şəkildə işdən ayrılması ilə bağlı yayılan informasiyaya aydınlıq gətirərkən bildirdi. Onun sözlərinə görə, bununla bağlı rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, Show.az saytının yaydığı məlumata görə, "Azad Azərbaycan" Telekanalının (ATV) əməkdaşları kütləvi şəkildə işdən ayrılıblar. Kütləvi etiraza səbəb baş dekorçu Elxan Novruzovun işdən getməsidir. E.Novruzova şəxsi avtomobilini ATV-nin həyətində park etməyə icazə verilmir və onun iş otağı əlindən alınıb. Elxan Novruzov uzun illərdir ATV çalışır və telekanalın əsas əmədaşlardan biridir. Baş dekorçuya qarçı bu cür münasibətə digər əməkdaşlar da etiraz edib və on nəfərə yaxın dekorçu ATV-ni tərk edib. Həmin insanlar ATV rəhbərliyinin daha yüksək maaş söz verməsinə baxmayaraq, işə qayıtmaq istəməyiblər.

Elxan Novruzov yayılmış məlumatı təsdiqləyib. O qeyd edib ki, işdən öz istəyi ilə ayrılıb:

"Belə "hörmət" gördükdən sonra orda işləməyim düzgün deyil. Mənimlə bərabər 6-7 nəfər əməkdaş da ATV-dən ayrılıb".

13:51

Kütləvi istefalarla bağlı Azad Azərbaycan kanalı Axar.az-a münasibətini açıqladı. Xəbərin dərcindən sonra redaksiya ilə əlaqə saxlayan ATV rəsmisi bildirdi ki, şirkətdən heç kim istefa verməyib:

"Şirkətdən heç kim istefa verməyib, onlar işdən çıxarılıblar".

Dekorçuların işdən çıxarılma səbəbinə də ATV rəsmisi aydınlıq gətirdi:

"Dekorçuların sayı həddindən artıq çox olduğu üçün bir neçə işçi ixtisar edilib. İxtisarlara səbəb də budur. Təxminən 6-7 nəfər dekorçu ixtisar olunub".

Tarix
2014.09.10 / 13:51
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla