Yuxarı

“Fazil Mustafa ilə birgə Əbu Bəkrdə dəfələrlə namaz qılmışıq”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Fazil Mustafa ilə birgə Əbu Bəkrdə dəfələrlə namaz qılmışıq”

"Fazil Mustafa özünü elə aparır ki, guya məni tanımır və haqqımda araşdırma aparır. Biz ən azı 15 ildir bir-birimizi tanıyırıq. Ən azından dəfələrlə Әbu Bəkr məscidində, süleymançıların Quran kursunda bərabər namaz qılmışıq".

Bu sözləri Axar.az-a deputat Fazil Mustafanın məhkəməyə verdiyi Aqil Ələsgər bildirib. A.Ələsgər qeyd edib ki, F.Mustafa özündən çox, Gülən liseylərinin davasını aparır və onun fikirlərini təkzib etməyə çalışır:

"Mən Fazil Mustafanı təhqir etməmişəm. O, Gülən liseylərinin vəkili kimi çıxış edir. Biz istərdik ki, hər hansı məhkəmə davası olmasın. Etirazı varsa, gəlsin, fikirlərini bizimlə bölüşsün. Ancaq o, məhkəmə yolunu tutursa, biz də qarşılıqlı olaraq, aşağılayıcı münasibətinə görə, məhkəməyə müraciət edəcəyik".

A.Ələsgər vurğulayıb ki, dahilər yetişdirmiş Azərbaycan təhsilini təhqir edib, F.Gülən məktəblərinin bağlanmasını faciə kimi qələmə vermək deputata yaraşan hal deyil.

Xatırladaq ki, millət vəkili Fazil Mustafa onun haqqında təhqiramiz yazı yazdığını əsas gətirərək, Aqil Ələsgəri və yazını yerləşdirmiş "Azerinfo.org" saytını məhkəməyə verib. A.Ələsgər həmçinin Türkiyə TV-lərində də Azərbaycandakı nurçu şəbəkəsi barədə çıxışlar edib.

Məlumat üçün bildirək ki, Aqil Ələsgər Pia.az saytının rəhbəri, mərhum həmkarımız Şahin Ağabəylinin ölümü ilə nəticələnən ağır qəzaya düşəndən sonra nurçulara bağlı olduğu iddia edilən "Böyük Fırat" restoranlar şəbəkəsinin Bakıdakı nümayəndəliyində uzun müddət işçi kimi fəaliyyət göstərib.

Tarix
2014.09.10 / 16:48
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla