Yuxarı

Azərbaycanda Beynəlxalq Media Forumu keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Mətbuat Şurası və Azərbaycan Türkiyə Evinin birgə təşkilatçılığı ilə Bakıda Beynəlxaq Media Forumu keçiriləcək.

Yenicag.az xəbər verir ki, tədbirə Türkiyə, Avropa və Azərbaycandan millət vəkilləri, jurnalistlər, köşə yazarları və QHT sədrləri qatılacaq. Türkiyədən qırx nüfuzlu televiziya, qəzet və internet media təmsilçisi də bu Forumda iştirak üçün paytaxtımıza gələcəklər.

Azərbaycan Respublikası Prezident Adminstrasiyasının səlahiyyətli nümayəndəsinin, Türkiyənin ölkəmizdəki səfiri Ərkan Özoralın, Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin və digər nüfuzlu qonaqların açılışında iştirak edəcəyi Beynəlxalq Media Forumunda Türkiyə-Azərbaycan strateji əməkdaşlığının media sferası barədə də geniş müzakirələr aparılacaq.

21 iyul 2018-ci il, saat 10.00-da, “Qafqaz Bakı” hotelində öz işinə başlayacaq Beynəlxalq Media Forumunun panellərində “Axşam” qəzetindən Emin Bazarçı, “Kanal 7″dən Məhmət Acet, İbrahim Ərdoğan, “İnternet Xəbər”dən Hadi Özişıq, “Hürriyət” qəzetindən Dəniz Zeyrək, “Akit” qəzetindən Hacı Yakışıklı, “Ölkə TV”dən Həsən Öztürk, “Kanal 24″dən Məlik Yiğitel, “Milad” qəzetindən Bayram Zilan, Makedoniyadan Seyhan Yakupi və Azərbaycandan millət vəkili Hikmət Babaoğlu ilə araşdırmaçı-yazar Aqil Ələsgər çıxış edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Media Forumunun Azərbaycan proqramı 20-22 iyul tarixlərini əhatə edəcək.

Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin maliyyə dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçiriləcək Beynəlxaq Media Forumuna Azərbaycan Türkiyə Evi və İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası dəstək verir.

Tarix
2018.07.18 / 15:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla