Yuxarı

Bakıda yolu çökdürən zirzəmi sökülür - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinin əsas hissəsində metro tikintisi ilə əlaqədar bağlanaraq alternativ salınmış müvəqqəti yolun çökmüş hissəsində qazıntı işləri davam etdirilir.

Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, müvəqqəti alternativ yolun altında aşkarlanan və söküntüsü yarımçıq aparılmış binanın zirzəmi hissəsi tamamilə sökülür. Söküntülər zamanı zirzəminin 2 mərtəbəli olması müəyyən olunub. Hazırda zirzəminin hər iki mərtəbəsinin söküntüsü işləri aparılır.

Qeyd edək ki, Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinə alternativ olaraq müvəqqəti salınmış yolda çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, bu əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.

Şərti adı "B-04" olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb.

Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası sındığından müvəqqəti yolda çökmə baş verib.

Xatırladaq ki, çökmə qeydə alınan hissə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.

Tarix
2018.07.19 / 16:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla