Yuxarı

Qalmaqallı direktor işdən qovuldu - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qalmaqallı direktor işdən qovuldu - Rəsmi

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən adı kredit qalmaqalında hallandırılan 171 saylı məktəbin direktoru İradə Murğuzovanın işdən çıxarılmasına münasibət bildirilib.

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan Publika.az-a verilən məlumata görə, direktorla bağlı araşdırma aparılıb:

"Kütləvi İnformasiya Vasitələrində dərc olunmuş materiallar üzrə aparılmış xidməti araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhəri 171 nömrəli tam orta məktəbin direktoru Murquzova İradə Məmmədəli qızı "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə və təhsilin idarə olunması üzrə digər normativ hüquqi sənədlərə zidd olaraq məktəbdə müxtəlif banklar, güzəştli kreditlər, faiz dərəcələri və s. barədə təbliğat aparılmasına şərait yaradıb.

Eyni zamanda, o, qulluq mövqeyindən sui-istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsində musiqi müəlllimi işləyən Kifayət Rzayevanın adına "Bank of Baku"dan 4000 (dörd min) manat kredit götürmüş, həmin kreditin vaxtlı-vaxtında qaytarlmasına vəd vermiş, lakin məsuliyyətsizlik edərək ödəniş aparmayıb, nəticədə K.Rzayevaya qarşı məhkəmədə iddia qaldırılıb, bununla da müəllimin adına və nüfuzuna, eləcə də təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirib.

Murquzova İradə Məmmədəli qızı işində buraxdığı nöqsanlar nəticəsində təhsil müəssisəsinin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə fuksiyaların yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 10 sentyabr 2014-cü il tarixindən ləğv edilib".

Tarix
2014.09.13 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla