Yuxarı

Baş nazirdən qərar: Komissiyanın tərkibi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanı 11 nəfərdən ibarət yeni tərkibi təsdiqlənib.

Report xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Baş nazirinin müavini Əli Əhmədov komissiyanın sədri təyin edilib. Komissiyanın üzvləri isə Ceyhun Bayramov (təhsil naziri), Oqtay Şirəliyev (səhiyyə naziri), Sahil Babayev (əmək və əhalinin sosial müdafiəsi naziri), Əbülfəs Qarayev (mədəniyyət naziri), Azad Rəhimov (gənclər və idman naziri), Hicran Hüseynova (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri), Musa Ələkbərov (Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri), Oruc Zalov (daxili işlər nazirinin müavini), Fidumə Hüseynova (Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini), Aqil Məhərrəmov (Azərbaycan Uşaq Fondunun İdarə Heyətinin sədri) təyin ediliblər.

Eyni zamanda "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respubikası Nazirlər Kabinetinin 2008-ci il 1 aprel tarixli qərarının 1-ci hissəsi ləğv edilib.

Tarix
2018.07.21 / 01:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla