Yuxarı

Millət vəkili Buğac meri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Macarıstanın Buğac meri Laszlo Szabo ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili görüş zamanı Macarıstanla münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib və bu ölkədə keçirilən Turan Qurultayının vacibliyini qeyd edib.

Q.Paşayeva Turan Qurultayı ilə bağlı artıq bir neçə dəfə Buğacda olmaqdan böyük məmnuniyyət duyduğunu deyib.

Deputat Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaşmasını təklif edib.

Buğac meri Laszlo Szabo Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsi barədə danışan millət vəkili Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması istiqamətində ortaq səylərin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı əməkdaşlıq, ortaq tarix və mədəniyyətin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı da fikir mübadiləsi aparılıb.

Tarix
2018.08.16 / 11:22
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla