Yuxarı

Mədət Quliyev yeni rəislərlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyi münasibətilə 20 sentyabr 2014-cü il tarixdə 26 nəfər vətəndaş ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin ediliblər.

Axar.az xəbər verir ki, bu gün Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev qulluğa yeni qəbul olunmuş əməkdaşları qəbul edib. Nazir müavini xidmətə qəbul edilən gəncləri Ədliyyə Naziri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun adından təbrik edərək, onlara seçdikləri şərəfli işdə uğurlar arzulayıb.

Ədliyyə orqanlarında qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlar Penitensiar xidmətin tarix muzeyində olublar. Muzeyin Heydər Əliyev guşəsində Ümummilli Liderin həyat və fəaliyyətini, onun müasir Azərbaycanın inkişafı uğrunda əldə etdiyi nailiyyətləri əks etdirən fotoşəkillərlə, həmçinin xidmətin fəaliyyətinə aid olan eksponatlarla tanış olublar.

Tarix
2014.09.22 / 15:44
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla